Avstraliya Rusiyanı qərarından dönməyə çağırıb



 14:25 19.07.2023     299

Avstraliya Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv edən Rusiyanı qərarından dönməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə xarici işlər naziri Penny Vong tvitter hesabında yazıb. O bildirib ki, Rusiyanın müqavilədən çıxmaq qərarı maddi baxımdan həssas insanlara zərər verəcək. Taxıl müqaviləsinin Hind-Sakit Okean və Afrikada qida tədarükünü qarşılamaq üçün xüsusilə kritik olduğunu vurğulayan Von, Rusiyanı danışıqlar masasına qayıtmağa çağırıb.

Qeyd edək ki, Rusiya taxıl sazişindən çıxdığını bəyan edib. Moskva bəyan edib ki, Qərb qida və gübrə məshulları üzərindəki sanksiyaları ləğv edərsə, Rusiya sazişə qayıdacaq.

Bahadur Seyidov