İsveçrə Rusiyanın taxıl dəhlizi sazişindən çıxma qərarı ilə bağlı açıqlama verib



 14:59 19.07.2023     306

İsveçrənin Xarici İşlər Nazirliyi Rusiyanın taxıl dəhlizi sazişindən çıxma qərarı ilə bağlı yazılı açıqlama verib.

Demedia.az xəbər verir ki, açıqlamada deyilir ki, İsveçrə, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının, Qara Dəniz Taxıl Dəhlizi Sazişinin yenilənməsi üçün səylərini dəstəkləyir. "İsveçrə Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı qərarından təəssüflənir və qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün onun yaxın gələcəkdə yenilənəcəyinə ümid edir. İsveçrə Türkiyə və BMT katibinin yorulmaz səylərini alqışlayır və dəstəkləyir” – açıqlama deyilir.

Qeyd edək ki, Rusiya taxıl sazişindən çıxdığını bəyan edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya uyğun şərtlər yaranan kimi taxıl müqaviləsinə qayıdacaq.

Bahadur Seyidov