Ukrayna və digər ölkələr Rusiyasız taxıl ixracatını bərpa etmək üçün danışıqlar aparır



 15:27 19.07.2023     308

Ukrayna və digər ölkələr Rusiyasız taxıl ixracatını bərpa etmək üçün danışıqlar aparır.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Nyu Yorkdakı Birləşmiş Millətlər Təşkilatının binasında mətbuata açıqlama verib. O bildirib ki, Ukrayna taxılının qlobal bazarlara çatdırılması vacibdir. Kubela bunun üçün siyasi iradənin lazım olduğunu bildirib.

"Rusiya razılaşmadan çıxdı. Türkiyə, BMT, Ukrayna və ya digər ölkələr ya mövcud çərçivədən istifadə edə bilər, ya da yeni bir təşəbbüs irəli sürə bilər. Təbii ki, ən böyük problem Rusiyanın taxıl daşıyan gəmini vura bilməsi məsələsidir. Bütün variantlar müzakirə olunur. Risk almalıyıq və Rusiya olmadan da davam edə biləcəyimizi göstərməyi bacarmalıyıq” - Kubela deyib.

Bahadur Seyidov