Makron Rusiyanı tənqid edib



 15:43 19.07.2023     305

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı taxıl sazişindən silah kimi istifadə etdiyinə görə tənqid edib.

Demedia.az xəbər verir ki, Makron Avropa Birliyi ilə Latın Amerikası və Karib Birliyi ölkələri arasında ticarətin artırılması məqsədilə Brüsseldə keçirilən zirvədən sonra mətbuata açıqlama verib. Makron sammitdə regiondakı böhranları və Ukrayna-Rusiya müharibəsini müzakirə etdiklərini bildirib. Rusiyanın Qara dəniz taxıl sazişini ləğv etməsini pislədiklərini ifadə edən Makron bildirib ki, Moskva rəhbərliyinin qərarı Yaxın Şərq, Afrika və Asiya ölkələrinə təsir edəcək.

Rusiya Prezidenti Vladimir Putinin qida məsələsindən silah kimi istifadə etməyə başladığını qeyd edən Makron, Rusiyanın sazişi ləğv etməsini “böyük səhv” adlandırıb.

Bahadur Seyidov