BMT süni intellektin təsirlərini müzakirə etmək üçün ilk dəfə iclas keçirib



 16:24 19.07.2023     325

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası süni intellektin beynəlxalq sülh və təhlükəsizliyə təsirlərini müzakirə etmək üçün ilk dəfə iclas keçirib.

Demedia.az xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı binasında keçirilən sessiyaya Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli sədrlik edib. Toplantıda BMT-nin Baş katibi Antonio Quterreş 6 il əvvəl BMT Baş Assambleyasındakı çıxışında süni intellektin cəmiyyətin bütün sahələrinə təsir edəcəyi barədə xəbərdarlığını xatırladıb. Quterreş bildirib ki, çap kitablarının Avropada geniş yayılması 50 il sürdüyü halda, “ChatGPT” cəmi iki ayda 100 milyon istifadəçiyə çatıb.

Quterreş dünyada demək olar ki, hər bir ölkə, şirkət və təşkilatın süni intellekt üzərində çalışdığını dilə gətirib. Quterreş xəbərdarlıq edib ki, suni intellektin müsbət təsirlərlə yanaşı, ayrı-seçkilik, dezinformasiya və avtoritar nəzarətin artması kimi mənfi təsirləri də ola bilər.

Bahadur Seyidov