Brüsseldə supermarketlər sata bilmədikləri ərzaqları xeyriyyə təşkilatlarına verəcək



 16:43 19.07.2023     280

Belçikanın paytaxtı Brüsseldə iri supermarketlər sata bilmədikləri, lakin hələ də istifadəyə yararlı olan ərzaq məhsullarını atmaq əvəzinə, xeyriyyə təşkilatlarına bağışlamağa məcbur olacaqlar.

Demedia.az xəbər verir ki, yeni qanunun tələbi şəhərdəki 100-ə yaxın supermarketə aid ediləcək. Brüsselin yerli hökumətinin sosial yardım naziri Alain Maron şəhərdə yaşayan 70 min insanın ərzaq yardımına ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, istehlak olunan tonlarla qidanın atılması qəbuledilməzdir.

Qeyd edək ki, Belçikada son illərdə ərzaq inflyasiyasının artması səbəbindən “qida bankları” adlanan yardım məntəqələrindən istifadə edənlərin sayı artır. Bununla belə, xeyriyyə təşkilatlarına edilən ərzaq yardımlarının azaldığı bildirilir. Bildirilir ki, Brüsseldə orta hesabla bir supermarket hər ay təxminən 1 ton qida bağışlayır. Lakin bəziləri bunu gec edir, bəziləri isə hələ də əhəmiyyətli miqdarda ərzaqları tullayır.

Bahadur Seyidov