İsveçrənin Vale kantonunda meşə yanğınları davam edir



 17:12 19.07.2023     296

İsveçrənin Vale kantonunda meşə yanğınları davam edir.

Demedia.az xəbər verir ki, yanğınsöndürlər 1 gündür davam edən yanğını nəzarət altına ala bilməyib. Məlumata görə, meşə yanğını 100 hektardan çox ərazini əhatə edib. Valaisdə başlayan meşə yanğını küləyin təsiri ilə daha çox əraziyə yayılıb. Bildirilir ki, küləkli hava alovların artmasına səbəb olur. Yanğınla əlaqədar ətraf kəndlərdən 200-dən çox insan təxliyə edilib. Bildirilir ki, təbii fəlakətin qarşısını almaq mümkün olmasa təxliyələr davam edəcək.

Məlumata görə, alovun qarşısını almaq üçün yüzlərlə yanğınsöndürən və texnikalar cəlb edilib.

Bahadur Seyidov