Hollandiya Türkiyəyə qoyulan məhdudiyyəti aradan qaldırıb



 17:42 19.07.2023     288

Hollandiya bəzi müdafiə sənayesi avadanlıqlarının Türkiyəyə ixracına qoyulan məhdudiyyəti aradan qaldırdığını açıqlayıb.

Demedia.az xəbər verir ki, Hollandiyanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və İqtisadiyyat və İqlim İşləri Nazirliyi müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarı ilə bağlı birgə mətn dərc edib. Üç nazirliyin birgə mətnində Avropada müdafiə sahəsində əməkdaşlığın daha da yaxınlaşmasını təşviq etmək üçün Hollandiya hökumətinin silah ixracına nəzarətlə bağlı gördüyü tədbirlər açıqlanıb. Mətndə Hollandiya müdafiə sektorunun innovativ gücünün böyük ölçüdə ixracdan asılı olduğu və bu sektorun dövriyyəsinin yarısından çoxunun ixracdan gəldiyi vurğulanıb.

Bu çərçivədə hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçün qüvvədə olan müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyət qərarının dərhal ləğv ediləcəyi qeyd edilib.

Bahadur Seyidov