Lukaku Türkiyədə məşq edir



 13:25 19.07.2023     293

Menecerlər tərəfindən "Qalatasaray"a təklif edildiyi iddia edilən Romelu Lukakunun Türkiyəyə gəldiyi bildirilib.

Demedia.az xəbər verir ki, Antalyaya yerləşən Lukaku fərdi məşqlərini davam etdirir. İddia edilir ki, "Qalatasaray" Lukakunu Mauro İkardinin alternativi hesab edir. İkardi transferi reallaşmasa, "Qalatasaray" Lukakunu transfer edə bilər. DHA-nın xəbərinə görə, icarə əsasında “İnter”də çıxış edən Lukaku, “Çelsi”yə qayıdıb.

Lakin “Çelsi” Lukakuya klub tapmasını istəyib. 30 yaşlı hücumçunun Türkiyədəki oteldə məşq etdiyi deyilir.

Bahadur Seyidov