Uşağınızda sidik qaçırma varsa səbəbi bu xəstəlik ola bilər - ENUREZ - Video



 10:18 20.07.2023     408

Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir.

Beş yaşındakı uşaqların 20%-i, 7 yaşındakı uşaqların 10%-i, yetkinlik dövründəkı uşaqların 1-2%-i enurez problemi yaşayırlar. Ancaq xəstələrin həkimə müraciəti bəzən gec olur. Bunun bir səbəbi uşaqlarda enurezin təbii qarşılanması, ailədəki digər enurezli fərdlər kimi bir yaşda düzələcəyinin düşünülməsidir. Digər bir səbəb uşağın və ailənin hadisəni utanc verici görməsidir. Gec həkimə müraciət etmə səbəbi ilə illərcə uşağın yatağı islatmasının yaratdığı müxtəlif problemlərlə yaşayırlar. Hətta bu psixoloji və sosial problemlər daimiləşərək, bir gün uşağın yataq islatması düzəlsə belə uzun müddət davam edir.

Nevroloq Leyla Şahbazova Enurez haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Nevroloq Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az