14 ildir qrijadan əziyyət çəkirdi möcüzəvi üsul ilə ağrılarına son qoyuldu! - Video



 10:39 20.07.2023     413

Bel yırtığı bel nahiyəsində fəqərələr arasında diskin qopması və sinirlərin sıxılması kimi ifadə edilə bilər.

Bu vəziyyət tez-tez şiddətli bel ağrısına və ayağa yayılan ağrıya səbəb olur. Herniasiya onurğanın istənilən səviyyəsində baş verə bilər. Diskin yırtığının altında yatan əsas patologiya arxa hissədə halqavari bağ quruluşunun qopması və quruluşun kanal daxilində bu açılışdan hərəkət etməsidir. Bu, yaşlanma ilə ortaya çıxan bir vəziyyətdir. Bəzi ani hərəkətlər və gərginliklər də disk yırtığına səbəb ola bilər. Xüsusilə ağır yüklər bel fəqərələrinə çox təzyiq göstərə bilər və bunun nəticəsində yırtıq əmələ gələ biləcəyi üçün diqqətli olmaq lazımdır.

Alqoloq Vüsal Eyvazov xəstənin necə müayinə və müalicə edildiyi barədə videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az