Kaliforniyada satılan bilet 1 milyard dollarlıq cekpot qazanıb



 12:50 20.07.2023     334

ABŞ-ın Kaliforniya ştatında satılan bilet 1 milyard dollarlıq “Powerball” cekpotunu qazanıb.

Demedia.az xəbər verir ki, bu oyun tarixinin ən böyük cekpotlarından biridir. Məlumata görə, qalib nömrələr 7, 13, 10, 24, 11 və “Powerball” 24 olaraq elan edilib. Bu mükafat ötən il Kaliforniyada qazanılan 2,4 milyard dollardan və 2016-cı ildə qazanılan 1,586 milyard dollarlıq “Powerball” cekpotundan sonra ABŞ-da qazanılan yeddinci ən böyük lotereya cekpotu və üçüncü ən böyük “Powerball” cekpotudur.

“Powerball” internet saytı yazıb ki, cekpotun qazanma ehtimalı 292,2 milyonda 1-dir. Sonuncu dəfə “Powerball”da 252,6 milyon dollarlıq böyük mükafatı qazanılmışdı. Ondan bəri ardıcıl 38 oyundur ki, cekpot qazanılmırdı.

Bahadur Seyidov