“Netflix”in gəlirləri artdı
Qlobal internet televiziya şəbəkəsi “Netflix”in abunəçi bazası 2023-cü ilin ikinci rübündə təxminən 5,9 milyon nəfər artıb.
Demedia.az xəbər verir ki, bu barədə “Netflix” açlıqlama verib. Hesabata görə, ilin ikinci rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə 3 faiz artaraq 8,2 milyard dollara çatıb. Ötən ilin aprel-iyun aylarında şirkətin gəliri 7,9 milyard dollar olub. Şirkətin xalis mənfəəti ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 1,5 milyard dollara çatıb. Keçən ilin ikinci rübündə Netflix-in xalis mənfəəti 1,4 milyard dollar olub.
Firmanın səhm üzrə qazancı da eyni dövrdə 3,20 dollardan 3,29 dollara yüksəlib.
Bahadur Seyidov