Yaponiya Pxenyan rəhbərliyinə etiraz notası verib



 14:02 20.07.2023     295

Yaponiya hökuməti Şimali Koreyanın iki ballistik raket atmasından sonra Pxenyan rəhbərliyinə etiraz notası verib.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə naziri Hamada Yasukazu açıqlama verib. O bildirib ki, Şimali Koreyanın atdığı ballistik raketlərin hər biri havada maksimum 600 kilometr məsafə qət edərək, 50 kilometr yüksəkliyə çata bilib. Raketlər Koreya yarımadasının şərqindəki Yaponiyanın iqtisadi zonasından kənara düşüb. Şimali Koreyaya diplomatik yollarla etiraz notası verildiyini qeyd edən Hamada, raketlərin düşdüyü bölgədə hərəkət edən hava və dəniz elementlərində hər hansı zərərin aşkar edilmədiyini bildirib.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu bildirib ki, raket sınaqları Birləşmiş Millətlər Təşkilatının qətnamələrini pozur və region xalqlarının təhlükəsizliyini təhdid edir.

Bahadur Seyidov