İsrail Dəməşq ətrafındakı məntəqələrə hava hücumu təşkil edib



 14:40 20.07.2023     302

İsrail Suriyanın paytaxtı Dəməşq ətrafındakı bəzi hərbi məntəqələrə hava hücumu təşkil edib.

Demedia.az xəbər verir ki, bu barədə Suriyanın xəbər agentliyi SANA hərbi mənbələrə istinadən məlumat verib. İddialara görə,  Dəməşq ətrafındakı bəzi hərbi məntəqələr Qolan təpələrindən İsrail qüvvələri tərəfindən hava hücumu ilə hədəfə alınıb. Açıqlamada deyilir ki, Suriyanın hava hücumundan müdafiə sistemləri düşmənin raketlərinin əksəriyyətini vurub. Bəzi raketlər isə hədəfə çatıb. Hücum zamanı iki əsgər yüngül yaralanıb.

Qeyd edək ki, İsrail qüvvələri Dəməşq ətrafındakı hərbi məntəqələri tez-tez hədəfə alır. Ərazidə qruplaşmaların olduğu irəli sürülür.

Bahadur Seyidov