ABŞ Avropa şirkətinə sanksiya tətbiq edib



 15:00 20.07.2023     302

ABŞ ölkənin milli təhlükəsizliyini təhdid etdiyini əsas gətirərək, casus proqram xidmətləri göstərən iki Avropa şirkətinə sanksiya tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi açıqlama verib. Bildirilib ki,  İrlandiya və Makedoniyada da aktivləri olan Yunanıstanda fəaliyyət göstərən “Intellexa” və Macarıstanda yerləşən “Cytrox” şirkətləri qadağaya məruz qalıb. Məlumata görə, şirkətlərə sanksiya tətbiq edilməsinə səbəb onların qabaqcıl müşahidə və izləmə vasitələri ilə təşkilatların bütövlüyünə zərər vurması və ABŞ-ın milli təhlükəsizliyi başda olmaqla dünya üzrə şəxslərin məxfiliyini pozmasıdır.

“Intellexa” və “Cytrox”un 2022-ci ildə Yunanıstanın milli kəşfiyyat direktoru və digər yüksək vəzifəli bürokratın istefasına səbəb olan “Predator” casus proqramı ilə əlaqəli olduğu bildirilir.

Bahadur Seyidov