Belçikada şirkətlər süni intellektdən istifadə edir



 16:38 20.07.2023     305

Belçikada şirkətlər öz işçi heyətində getdikcə daha çox süni intellektdən istifadə edir.

Demedia.az xəbər verir ki, insan resursları şirkəti “Manpower” tərəfindən aparılan araşdırmaya görə, Belçikanın 100 şirkətindən təxminən 30-u yeni kadrları işə götürmək üçün süni intellektdən istifadə edir. Araşdırmaya əsasən Belçikada 510 işəgötürənin yüzdə 10-u uzun müddətdir süni intellektdən istifadə etdiklərini, yüzdə 21-i isə bu təcrübəyə yeni başladıqlarını bildirib. Məlumatda qeyd edilir ki, şirkətlər rezyumelərin yoxlanılmasından ilkin müsahibələrə qədər işə qəbul mərhələlərində süni intellekt robotlarından istifadə edirlər.

"Belçikalı işəgötürənlər texnologiyanın üstünlüyünü dərk ediblər. İşəgötürənlərin yalnız 15 faizi süni intellektin işə qəbula mənfi təsir edəcəyini düşünür", - “Manpower” direktoru Sebastien Delfosse bildirib.

 Bahadur Seyidov