Rusiya Ukraynadakı müharibəyə əsgərlər hazırlayır



 18:00 20.07.2023     308

Rusiya Ukraynada yeni müharibəyə əsgərlər hazırlayır.

Demedia.az xəbər verir ki, Prezident Vladimir Putin Rusiya əsgərlərinin maksimum yaşını on yaşa qaldırıb. Buna əsasən, kişilər 70 yaşa qədər hərbi xidmət keçə bilərlər. Məlumata görə, Rusiya parlamenti kişilərin orduda xidmət etmək üçün səfərbər oluna biləcəyi maksimum yaş həddini azı beş il uzadıb. Beləliklə yüksək rütbəli zabitlər 70 yaşa qədər xidmət edə bilər. Kiyevin hərbi dairələri hesab edir ki, Vladimir Putin Ukrayna cəbhə xəttinin şimalında yerləşən Kupyansk ətrafına hücum etmək üçün yeni qoşun qüvvəsi yaradıb.

"Düşmən çox güclü dəstə toplayıb. 100 mindən çox şəxsi heyət, 900-dən çox tank, 550-dən çox artilleriya sistemi və 370 raket zərbəsi sistemi" - Ukrayna ordusunun sözçüsü polkovnik Serhi Cherevaty deyib.

Bahadur Seyidov