BƏƏ mediası Ərdoğanın səfərindən yazdı



 17:01 20.07.2023     288

Birləşmiş Ərəb Əmirlikləri mediası Pprezident Rəcəb Tayyib Ərdoğanın ölkəyə səfərinə geniş yer verib və iki ölkə arasında tərəfdaşlığı yüksək qiymətləndirib.

Demedia.az xəbər verir ki, yerli media yazır ki, son iki ildə edilən səfərlər BƏƏ ilə Türkiyə arasında dostluq və tərəfdaşlıq əlaqələrini gücləndirib. Ərdoğanın son səfərinin tərəfləri bir araya gətirən 5-ci görüş olduğu bildirilib. Rəsmi xəbər agentlikləri qeyd edib ki, BƏƏ dost ölkələrlə əlaqələrini genişləndirmək strategiyası çərçivəsində Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir. BƏƏ ilə Türkiyə arasında onlarla strateji saziş və anlaşma memorandumunun imzalandığı xatırladılıb.

Qəzetlər də Ərdoğanın səfərini manşetdə dərc edib və BƏƏ ilə Türkiyə arasındakı əməkdaşlığa diqqət çəkib.

Bahadur Seyidov