İtaliyada bir neçə şəhərdə “qırmızı həyəcan vəziyyəti” elan edilib



 17:22 20.07.2023     292

İtaliyada yüksək temperatur səbəbiylə bir neçə şəhərdə “qırmızı həyəcan vəziyyəti” elan edilib.

Demedia.az xəbər verir ki, ölkənin 27 böyük şəhərindən 23-də həddindən artıq istilərlə əlaqədar xəbərdarlıq edilib. İstilərin yaxın saatlarda nisbətən səngiyəcəyi və xəbərdarlıq elan edilən şəhərlərin sayının 18-ə endiriləcəyi bildirilib. Siciliyada bəzi yerlərdə havanın temperaturunun 46-47, Sardiniyada isə 45-46 dərəcəyə çatdığı qeyd edilib.

Paytaxt Romada havanın temperaturu 41-45 dərəcə arasında dəyişir. Turistlər çətir və papaqları ilə günəşdən qorunmağa çalışıblar. Romanın turistik məkanlarından olan tarixi İspan pilləkənlərinin yüksək temperatura görə boş qaldığı müşahidə edilib.

Bahadur Seyidov