"Beşiktaş"ın mərakeşli müdafiəçisi "Əl Sədd" komandasına transfer olur



 15:42 20.07.2023     308

"Beşiktaş"ın mərakeşli müdafiəçisi Romain Saissin Qətərin "Əl Sədd" komandasına transfer olmaq üzrə olduğu iddia edilib.

Demedia.az xəbər verir ki,  "Beşiktaş"a 2,5 milyon avro + bonuslar təklif edən “Əl Sadd”, futbolçuya 3 illik müqavilə təklif edib. “Foot Mercato”nun xəbərinə görə, Romain Saiss üçün bir neçə klub təklif irəli sürsə də, “Əl Sədd” digər komandalardan bir addım öndədir. 33 yaşlı müdafiəçinin Avropadan gələn təkliflərə baxmayaraq ailəvi səbəblərdən Qətərə getməyə razı olduğu iddia edilib. Beşiktaşla 1+1 illik müqaviləsi olan Romain Saiss ötən mövsüm 26 dəfə forma geyinib və 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Romain Saiss bundan əvvəl “Lens”, “Lill” və “Marsel” kimi klublarda çıxış edib.

Bahadur Seyidov