Məşhur aktrisa bu hərəkətinə görə GÜNDƏM OLDU



 19:29 20.07.2023     485

Hollivudun məşhur ulduzlarından biri olan Latın Amerikalı aktrisa və kino prodüseri Salma Hayek paylaşımları ilə diqqət çəkib.

Demedia.az xəbər verir ki, şəkillərinə Photoshop tətbiq etdiyi iddia edilən aktrisa gənc görünüşü üçün nə etdiyini podkast müsahibəsində açıqlayıb.

İllərə meydan oxuyan meksikalı Hollivud ulduzu Salma Hayek qatıldığı podcast verilişində gənc qalmanın sirrini meditasiya və tezlik maşınları kimi izah etdi.

56 yaşlı Oskar mükafatlı ulduz Kelli Ripanın "Let's Talk Off Camera" proqramında gözəllik rutinini izah edərkən heç vaxt botoks etmədiyini deyib:

"Mən qəribə bir meditasiya metodu hazırlamışam və inkişaf etdirməyə davam edirəm. Bunu saatlarla edə bilərəm, çünki siz vaxtı hiss etmirsiniz və bu, çox əyləncəlidir. Enerji hiss edir. İçinizdə hərəkət edir və rəqs edir, çox fərqli hisslər verir. Mən bir çox tezlik maşınlarından istifadə edirəm və bu, mənim üçün hər kəsdən daha yaxşı işləyir. Bəzən meditasiya edəndə, otaqdan çıxanda insanlar mənə “Aman Allahım, 20 yaşında görünürsən” deyirlər".

Aysun / Demedia.az