Nəsli kəsilməkdə olan vaşaq...



 22:05 20.07.2023     606

Türkiyədə Niğde meşələrində nəsli kəsilməkdə olan və qorunan növlər arasında yer alan vaşaq kameraya əks olunub.

Demedia.az xəbər verir ki, şəhərdəki Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyinin qrupları təbii həyatı aşkar etmək və qorumaq üçün meşələrdə və uyğun torpaqlarda müxtəlif nöqtələrdə cəmi 25 kamera tələsi qurub.

Komandalar bu kamera tələləri ilə dəfələrlə dağ keçisi, canavar, çaqqal, tülkü və çöl donuzu kimi heyvan növlərinin fotolarını çəkiblər.

Ümumdünya Təbiəti Mühafizə İttifaqının (IUCN) “Nəsli kəsilməkdə olan növlərin Qırmızı Siyahısı”na düşən vaşağın görüntüsü kamera tələlərindən birində əks olunub.

Əvvəllər bəzi vətəndaşlar meşədə vaşaq gördükləri barədə məlumat vermişdilər.

Vaşaqlar isə gecələr ovladıqları, gündüzlər isə istirahət etdikləri üçün “meşənin ruhu” kimi tanınırlar.

Aysun / Demedia.az