Südvəzində estetik əməliyyat etmək istəyənlər mütləq onkoloq mammoloq yoxlanışından keçməlidir! - Video



 09:09 21.07.2023     698

Süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir.

Süd vəzi xərçəngi rast gəlinən qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Erkən mərhələdə aşkarlandıqda müalicə ilə sağalma şansı yüksəkdir. Süd vəzi xərçəngi diaqnozu üçün qan analizləri, vizual müayinələr istifadə olunur. Bunlardan süd vəzinin mamaqrafiyası, qanda süd vəzi onkomarkerlərinin təyini, həkim baxışını misal olaraq göstərə bilərik.Ailəsində süd vəzi xərçəngi olan biri gələcəkdə süd vəzi xərçəngi olma ehtimalını dəyərləndirmək üçün genetik analiz verərək yoxlanıla bilər. 50-70 yaş arasında olan qadınlarda xüsusi ilə ən gec 3 il ara ilə mütamadi olaraq yoxlanılması məsləhət görülür.

Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az