Avstraliya Rusiyaya yeni sanksiyalar tətbiq edib
Avstraliya hökuməti Rusiya-Ukrayna müharibəsində Rusiyaya yardım etdiyi iddiası ilə onlarla təşkilat və şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.
Demedia.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq açıqlama verib. O bildirib ki, Avstraliya administrasiyası bir neçə sektor üzrə Rusiyanın 35 qurumuna sanksiya tətbiq edib. Vonq həmçinin bildirib ki, sanksiya siyahısına 10 nəfər, o cümlədən Rusiyadan yüksək rütbəli məmurlar və Belarusdan yüksək rütbəli hərbçilər daxil edilib.
Sanksiya siyahısına Rusiya baş nazirinin müavinləri Andrey Belousov və Dmitri Çernışenko da daxil edilib.
Bahadur Seyidov