ABŞ Vuhan Virusologiya İnstitutuna yardımı dayandırdı
ABŞ administrasiyası, COVID-19 epidemiyasının başlanğıc nöqtəsi olduğu iddia edilən Çindəki Vuhan Virusologiya İnstitutuna yardımı dayandırdığını bildirib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti açıqlama verib. Məlumatda qeyd edilir ki, virusologiya İnstitutu tələb olunan sənədləri təqdim etməyib və ABŞ-ın Milli Sağlamlıq İnstitutunun təhlükəsizliklə bağlı suallarına cavab verməyib.
"Bu səbəbdən, hər hansı potensial sağlamlıq riskini azaltmaq üçün virusologiya institutuna yardımın dərhal dayandırılmasına qərar verdik" - açıqlamada deyilir.
Bahadur Seyidov