“Google” xəbər məzmunu yaza bilən süni intellekt texnologiyasını hazırladı



 15:29 21.07.2023     307

“Google” şirkəti xəbər məzmunu yaza bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirir.

Demedia.az xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən xəbər verir. Məlumata görə, “Genesis” adlı yeni süni intellekt texnologiyasının yaradılmasında məqsəd jurnalistlərə kömək etməkdir. Bildirilir ki, “Genesis” adlı yeni süni intellekt texnologiyası ABŞ-ın aparıcı qəzetlərindən olan “The New York Times”, “The Washington Post” və “The Wall Street Journal”ın sahibi olan “News Corp”un rəhbərlərinə təqdim edilib. Bildirilib ki, “Google”un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.

“Google” hesab edir ki, jurnalistlər bu texnologiya sayəsində vaxtına qənaət edəcək.

Bahadur Seyidov