Dünya ölkələri Ukraynadakı münaqişədən yoruldu - Lula da Silva



 15:42 21.07.2023     284

Dünya ölkələri Ukraynada davam edən münaqişədən bezməyə başlayıb.

Demedia.az xəbər verir ki, Braziliya prezidenti Lula da Silva jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, Ukraynada sülh əldə ediləcək. Braziliya lideri hesab edir ki, bir qrup ölkə həm Moskva, həm də Kiyevlə danışıqlar aparmalıdır. Lula da Silvanın sözlərinə görə, müharibəyə görə təkcə Rusiyanı tənqid etmək doğru deyil. Lula da Silva bildirib ki, Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ lideri Co Bayden də sülh əldə etmək üçün Rusiya lideri Vladimir Putinlə danışıqlara getmədiyi üçün mövcud vəziyyətə görə məsuliyyət daşıyır.

“Dünya yorulmağa başlayır. Ölkələr yorulmağa başlayır” - Lula da Silva deyib.

Bahadur Seyidov