Somalidə “Əş-Şəbab”ın 100 üzvü zərərsizləşdirildi
Somalidə terror təşkilatı “Əş-Şəbab”a qarşı hərbi əməliyyat keçirilib.
Demedia.az xəbər verir ki, əməliyyatlarda 100-ə yaxın təşkilat üzvü zərərsizləşdirilib. Bu barədə İnformasiya Nazirliyi açıqlama verib. Bildirilib ki, ölkənin Orta Şabel bölgəsində “Əş-Şəbab”a qarşı uğurlu əməliyyatlar aparılıb. Həyata keçirilən əməliyyatlarda qruplaşmaya məxsus çoxlu silah və hərbi texnika ələ keçirilib. Əməliyyatlara ABŞ ordusu da dəstək verib. Somali ordusunun təşkil etdiyi əməliyyatlarda qruplaşmanın 7 lideri də zərərsizləşdirilib.
Qeyd edək ki, Somali Prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı “Əl-Şəbab”la hərtərəfli mübarizə aparılacağını açıqlamışdı.
Bahadur Seyidov