"Müqəddəs kitablara və məkanlara hörmətsizlik qəbuledilməzdir" - BMT



 16:22 21.07.2023     303

"Biz müqəddəs kitablara və məkanlara hörmətsizliyin qəbuledilməz olduğunu çox açıq şəkildə ifadə etdik”.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik İsveçdə Qurani-Kərimin təhqir olunması ilə bağlı açıqlamasında belə deyib. O bildirib ki, BMT Bağdaddakı İsveç səfirliyinə basqını və İsveçdə Quranın təhqir edilməsi kimi hadisələri diqqətlə izləyir. "Biz çox açıq şəkildə bildirdik ki, müqəddəs kitabların və yerlərin təhqir edilməsi yolverilməzdir. Bu cür hərəkətlərin əsas məqsədi təxribat törətməkdir. İnsanlar başqalarının dinlərinə hörmət etməli və zorakılıqdan çəkinməlidir” - Stefan Düjarrik deyib.

Qeyd edək ki, Bağdadda Sədr Hərəkatı tərəfdarları Quranın yandırılmasına etiraz olaraq İsveç səfirliyinə basqın edərək binanın bəzi hissələrini yandırıb.

Bahadur Seyidov