Quterreş Rusiyanın Odessa və digər Ukrayna limanlarına hücumlarını pislədi



 17:28 21.07.2023     338

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiyanın Odessa və digər Ukrayna limanlarına hücumlarını sərt şəkildə pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik yazılı açıqlama verib. Hücumların Rusiya ilə BMT arasında anlaşma memorandumunu pozduğunu qeyd edən Düjarrik bildirib ki, bu razılaşmaya əsasən, Rusiya Ukrayna limanlarından ərzaq, günəbaxan yağı və gübrə ixracını asanlaşdırmağa razılaşıb.

"BMT-nin baş katibi Rusiyanın Odessa və digər Ukrayna limanlarına hücumlarını qətiyyətlə pisləyir. Hücumlar mülki infrastrukturlara ziyan vurur və beynəlxalq humanitar hüququ pozur", - Düjarrik deyib. Hücumların digər ölkələrə də təsir göstərdiyini qeyd edən Dujarrik, Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini dayandırma qərarının, xüsusilə cənubdakı inkişaf etməkdə olan ölkələrdə taxıl və qarğıdalı qiymətlərinə təsir etdiyini ifadə etdi. Düjarrik, Quterreşin qlobal aclığa qarşı və sabit ərzaq qiymətlərinin azalaması üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Bahadur Seyidov