Çin Tayvanın ətrafına 32 hərbi təyyarə və 14 dəniz vasitəsi göndərib



 16:41 21.07.2023     297

Çin Tayvanın ətrafına 32 hərbi təyyarə və 14 dəniz vasitəsi göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamaya görə, Çin Xalq Azadlıq Ordusuna aid 10 hərbi təyyarə və 7 hərbi dəniz vasitəsi Tayvanın “hava hücumundan müdafiə ərazisi”nə daxil olub. Çin hərbçiləri 24 saat ərzində həmin ərazilərdə fəaliyyət göstərib.  Bundan əlavə, Tayvan ətrafında daha 22 Çin təyyarəsi və 7 gəminin hərəkət etdiyi müşahidə edilib. Təyyarələrin əksəriyyəti Tayvanın “hava hücumundan müdafiə ərazisi”nə daxil olub.

Nazirlikdən bildirilib ki, onlar kəşfiyyat, müşahidə və kəşfiyyat sistemləri vasitəsilə müşahidə edilib.

Bahadur Seyidov