Avropa Birliyi 18 şəxs və 5 təşkilata sanksiya tətbiq edib



 17:01 21.07.2023     290

Avropa Birliyi “qlobal insan haqları sanksiya rejimi” çərçivəsində 18 şəxs və 5 təşkilata sanksiya tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasından açıqlama verilib. Bildirilib ki, Əfqanıstan, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Ukrayna və Rusiyadan ümumilikdə 18 şəxsə və 5 təşkilata insan haqlarının pozulmasındakı fəaliyyətlərinə görə sanksiya tətbiq edilib.  Siyahıda olanlar arasında Əfqanıstandakı “Taliban” administrasiyasının təhsil və ədliyyə nazirləri də var. Bu şəxslər əfqan qız və qadınlarının təhsil hüququnu rədd etdikləri üçün siyahıya salınıb.

Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Rusiyadan olan bəzi hərbi məmurlar da cinsi zorakılığa görə sanksiyaya məruz qalıblar. Bundan başqa, Rusiyadan 12 fiziki şəxs və 5 təşkilata sanksiya tətbiq edilib.

Bahadur Seyidov