Pakistanın xarici işlər naziri Rusiyadan Taxıl Dəhlizi Sazişinə qayıtmağı istəyib



 18:31 21.07.2023     346

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Rusiyadan Taxıl Dəhlizi Sazişinə qayıtmağı istəyib.

Demedia.az xəbər verir ki, Zərdari Pakistana səfər edən Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə paytaxt İslamabadda birgə mətbuat konfransı keçirib. Zərdari açıqlamasında Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə əldə edilən taxıl dəhlizi razılaşmasının dayandırılmasının inkişaf etməkdə olan ölkələrdə inflyasiyanı artıracağını və ərzaq təhlükəsizliyində problemlər yaradacağını bildirib.

Rusiyadan inkişaf etməkdə olan ölkələrin ərzaq təhlükəsizliyini təmin etmək üçün taxıl dəhlizi sazişinə qayıtmağı xahiş edən Zərdarinin sözlərinə görə, müqavilənin bərpası təkcə Pakistanın deyil, bütün inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğundur. Zərdari bütün tərəfləri razılaşmanın bərpası üçün birgə işləməyə çağırıb.

Bahadur Seyidov