BİR-BİRİYLƏ DÜŞMƏN JURNALİSTLƏRİMİZ



 11:38 24.07.2023     322

Jurnalistlərimiz parçalara bölünüb bir-biriylə az qala düşmənçiliklə məşğuldurlar:

  • Şuşaya gedənlər, Şuşaya gedə bilməyənlər;
  • ev alanlar ev ala bilməyənlər;
  • Media Agentliyindən yardım alanlar ala bilməyənlər;
  • Hardansa, şübhəli yollarla yaxşı pul qazananlar, malı-mülkü, maşını, iki-üç yerdə evi olanlar, açıq-aydın vergisini ödəyib işini min zülmlə quranlar və sadə yaşayanlar;
  • köhnənin klassik, Azərbaycanın qəzet, sayt jurnalistikasını quran, yaddan çıxan yaxşı mənada köhnə “qurdlar”, təzə, “körpə” olsalar da, özlərinə müxtəlif kanallarla yol tapıb məşhurlaşanlar;
  • əllərinə qələm verənlər, ancaq kənarda qalanlar, əllərinə qələm verənlərə şıllaq atıb hər tədbirdə başda oturanlar və sairlər və ilaxırlar.

Siyahını çox uzatmaq olar, ancaq bir şey dəqiqdir ki, mətbuatımızda çox şeylər yerində deyil. Və bunların səbəbi də sadaladıqlarım deyil. Özünüz bilirsiniz nədir...

Yeri gəlmişkən, mən ümumiyyətlə, Jurnalistlər bunasından jurnalist kimi ev almaq fikrimdən daşındım. İki müharibə, bir hərbi xidmət keçən adam kimi versələr də, sağ olsunlar, verməsələr də sağ olsunlar. Hamınıza Şuşaya getməyi, ev, yardım almağı, iki-üç yerdə evi olmağı arzusu ilə sizin İlham Tumas!