Ukrayna Krım yarımadasındakı hədəflərə hücum edib
Ukrayna Krım yarımadasındakı hədəflərə PUA-larla 17 hücum cəhdi edib.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Rusiya ordusu hücumların qarşısını alıb. Nazirliyin açıqlamasında qeyd edilir ki,14 Ukrayna PUA-sı ələ keçirilib. Onlardan 11-i Qara dənizə, 3-ü isə Krım ərazisinə düşüb. Bundan əlavə, açıqlamada 3 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.
Rusiyanın ilhaq etdiyi Krımın “administratoru” Sergey Aksenov da bölgəyə edilən hücumda 11 İHA-nın vurulduğunu açıqlayıb.
Bahadur Seyidov