Şimali Koreya hərbi qüdrətini daima artıracaq



 14:52 24.07.2023     422

Şimali Koreya İşçi Partiyasının rəsmi nəşri “Rodong Sinmun” Pxenyan administrasiyasının davamlı olaraq hərbi qüdrətini təkmilləşdirəcəyini yazıb.

Demedia.az xəbər verir ki, “Yonhap” agentliyinin xəbərinə görə, imzasız məqalədə Pxenyan rəhbərliyinin hərbi qüdrətini daim təkmilləşdirəcəyi və bunun daimi olacağı vurğulanıb. Xəbərdə qeyd edilir ki, Pxenyan məqsədinə nəyin bahasına olursa-olsun daha tez və daha sürətli nail olmaq istəyir. Məqalədə deyilir ki, bu, Koreya yarımadasında hər hansı müharibə riskini aradan qaldırmaq üçün şərtdir.

“İstənilən düşmənə qalib gələ bilən özünümüdafiə gücünün arxasında əbədi sülh dayanır” - məqalədə deyilir.

Bahadur Seyiodov