Əlcəzairin şimalındakı 7 şəhərdə meşə yanğınları baş verib



 15:14 24.07.2023     442

Əlcəzairin şimalındakı 7 şəhərdə meşə yanğınları baş verib.

Demedia.az xəbər verir ki, bu barədə ölkənin rəsmi mənbələri məlumat verib. Bildirilib ki, ölkənin şimalındakı Tipaza, Buveyra, Bicaya, Mustağanim, Setif, Skikda və Cicil şəhərlərində meşə yanğınları davam edir. Yanğınsöndürənlər hava və qurudan alova müdaxilə edir. İnsanlar arasında tələfat yoxdur. Rəsmi dairələr xalqı diqqətli olmağa çağırıb.

Qeyd edək ki, rəsmi dairələr isti dalğasının meşə yanğınlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Əlcəzairdə paytaxtda 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcə rekord temperatur müşahidə edilir.

Bahadur Seyidov