Quterreş Rusiyanın Odessaya hücumunu pisləyib



 15:53 24.07.2023     483

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiyanın Odessaya hücumunu pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stephane Dujarric açıqlama verib. O bildirib:

“Baş katib Rusiyanın Odessaya raket hücumu nəticəsində mülki əhalinin ölümünə səbəb olan və UNESCO tərəfindən qorunan, dünya irsi siyahısında olan Odessa Tarixi Mərkəzindəki Transfiqurasiya Katedrali və digər binalara ziyan dəyməsini şiddətlə qınayır".

Düjarrik bildirib ki, Rusiyanın hücumu mədəni sərvətlərin mühafizəsi ilə bağlı Haaqa Konvensiyasının pozulması deməkdir.

Bahadur Seyidov