Qətər Birləşmiş Ərəb Əmirliklərinə səfir təyin edib



 16:12 24.07.2023     633

Qətər Birləşmiş Ərəb Əmirliklərinə səfir təyin edib.

Demedia.az xəbər verir ki, bu barədə Qətərin “QNA” xəbər agentliyi məlumat verib. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani Dr. Sultan Səlimin Səid əl-Mənsuriyi Birləşmiş Ərəb Əmirliklərinə səlahiyyətli və fövqəladə səfir təyin edib. Şeyx Təmim Mənsurinin BƏƏ-də səlahiyyətli və fövqəladə səfir təyin edilməsi haqqında Əmirliyin fərmanını imzalayıb. Şeyx Təmim qərarın dərc edildiyi tarixdən etibarən həyata keçirilməsini və “Rəsmi Qəzet”də dərc olunmasını istəyib.

Qeyd edək ki, bəzi məsələlərə görə Qətərlə bəzi körfəz ölkələri arasında münasibətlər pozulmuşdu.

Bahadur Seyidov