İlon Mask tvitterin loqosunu dəyişdi



 16:42 24.07.2023     847

Tvitterin baş direktoru Elon Mask sosial media platformasının klassik "quş" loqosunu "X" hərfi ilə əvəz edəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Mask bu barədə tvitterdəki paylaşımında açıqlama verib. O paylaşımında “Tvitter brendi ilə və tədricən bütün quşlarla vidalaşacağıq” deyə qeyd edib. İlon Mask tvitterin yeni loqosunun hazır olduğunu ifadə edib.  Mask başqa paylaşımında isə  "Yaxşı bir “X” loqosu paylaşılarsa,  bütün dünyada canlı yayımlanacağıq. Bu “X” kimi" deyə qeyd edib.

Qeyd edək ki, İlon Mask tvitteri alandan sonra sosial platformada bir sıra dəyişiliklər edib.

Bahadur Seyidov