ADU tələbələrə ilkə imza atıb



 14:00 24.07.2023     486

Demedia.az Azərbaycan Dillər Universiteti Magistratura şöbəsinin müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Firuzə Rzayevaya istinadən xəbər verir ki, ADU-nun tarixində ilk dəfə olaraq magistratura səviyyəsi üzrə I turda tələbə qəbulu 95,2% olub.

“Magistr adı qazanan bütün tələbələri ürəkdən təbrik edir, onlara yeni-yeni  nailiyyətlər arzulayırıq. İnanırıq ki, onlar bakalavr biliklərini ali təhsilin magistr səviyyəsi üzrə daha da təkmilləşdirib vətənimizin çiçəklənməsi və inkişafı uğrunda çalışacaqlar. Bu ilki imtahanlarda uğur qazana bilməyən məzunlara demək istərdik ki, oxumaq heç vaxt gec deyil. Onların öz biliyini daha da dərinləşdirərək, növbəti qəbul imtahanlarında uğur qazanacağına ümid edirik.

2018-2019-cu tədris ilində 71%, 2019-2020-ci tədris ilində 74%, 2020-2021-ci tədris ilində 84,2%,  2021-2022-ci tədris ilində 88,7%. 2022-2023-cü tədris ilində isə magistr səviyyəsi üzrə qəbul 95,2 %  təşkil edib. Görünən odur ki, Universitetimizdə müasir tələblər səviyyəsində həyata keçirilən layihələr və tədbirlər, hörmətli rektor akademik Kamal Abdullanın göstərdiyi qayğı nəticəsində tələbə qəbulunun sayı ildən-ilə artır.

ADU kollektivi hər il olduğu kimi yenə də təlim fəaliyyətini mükəmməl təşkil etmiş, təlimə olan motivasiyanı qoruyub saxlamağa nail olmuşdur. Azərbaycandan ilk dəfə ali təhsil müəssisəsi QS(QS World University Rankings by Subject 2023) sahələr üzrə dünya universitetlərinin “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olmuşdur. İkili diplomlar, xarici ölkələrdə tələbə mobilliyi, tərcümə proqramları, inkluziv təlim üzrə peşəkar hazırlıqlar, yüksək bilik və bacarıqlı akademik və professor heyətinin ustad dərsləri Universitetimizə olan marağı daha da artırır. Hətta bəzi ixtisaslara maraq demək olar ki, azalmışdı. Lakin bu il həmin ixtisaslara da məzunlar maraq göstərmişlər. Bütün bunlar təqdim olunan ixtisaslar üzrə həm tədris planlarının mükəmməl tərtib edilməsi, keçirilən dərslərin keyfiyyəti, həm də professor-müəllim heyətinin peşəkar kadrların hazırlanması istiqamətində əzmlə çalışması deməkdir. Eyni zamanda universitetimizdə magistr səviyyəsi üzrə  əcnəbi tələbələr də təhsil almağa  böyük maraq göstərirlər və  nəticələr bizi daha da ruhlandırır. ADU-da əmək bazarındakı dayanıqlığın təmin olunması istiqamətində daima zəruri addımlar atılıb. Belə ki, hər tədris ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar tələbələrin seçiminə verilib. Həmçinin, bu tədris ilində də bir neçə yeni ixtisas təqdim edilib və qəbul ötən illərdə olduğu kimi 100% təşkil edib” deyə şöbə müdiri bildirib.

AYŞƏN