Moskvada PUA hücumları ilə bağlı müdafiə tədbirləri görülüb



 16:52 24.07.2023     533

Moskvada pilotsuz uçuş aparatının hücumları ilə bağlı hava hücumundan müdafiə tədbirləri görülüb.

Demedia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib. Peskov Moskvaya pilotsuz təyyarə hücumları ilə bağlı jurnalistlərə açıqlama verib. O bildirib ki, PUA-lar zərərsizləşdirilib. Peskov xatırladıb ki, hava hücumundan müdafiə sistemlərinin inkişafı və daha intensiv işləməsi məsələsi Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Moskvaya pilotsuz təyyarələrin hücumundan sonra Ukraynaya qarşı qisas olub-olmayacağı barədə suala Peskov, "Xüsusi Hərbi Əməliyyat davam edir, davam edəcək və məqsədlərinə çatmalıdır" cavabını verib.

Bahadur Seyidov