Rusiya rəqəmsal rublun tətbiqinə başlayır



 17:05 24.07.2023     608

Rusiya Prezidenti Vladimir Putin ölkədə rəqəmsal rublun tətbiqi və istifadəsi üçün elektron platformanın yaradılması haqqında qanunu təsdiqləyib.

Demedia.az xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Rusiyada rəqəmsal rubldan istifadəyə başlanılacaq. Frəman Rusiya rublunun nağd və nağdsız istifadəsi ilə yanaşı rəqəmsal şəkildə istifadəsini nəzərdə tutur. Fərmana əsasən, qurulacaq yeni elektron platforma vasitəsilə yeni rubl formatında əməliyyatlar mümkün olacaq. Fərmanda qeyd olunub ki, sözügedən platforma Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq.

Qeyd edək ki, Qərbin sanksiyalarından sonra Rusiya təzyiqdən çıxmaq üçün bir sıra həmlələr edir.

Bahadur Seyidov