Misir Türkiyəyə səfir təyin etdi



 17:25 24.07.2023     780

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin qərarı ilə Əmr əl-Hamami Misirin Ankaradakı səfirliyinə təyin edilib.

Demedia.az xəbər verir ki, təyinatla bağlı sərəncam Prezident Sisinin imzası ilə “Rəsmi Qəzet”də dərc olunub. Məlumata görə, iki ölkə arasında diplomatik münasibətlər səfirlik səviyyəsinə qaldırılana qədər Hamami Ankarada müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Hamami bundan əvvəl Misirin Niger, Danimarka və Bolqarıstandakı səfirliklərində konsul vəzifəsində çalışıb.

Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Rəsmi Qəzet”də dərc olunan qərarə əsasən Salih Mutlu Şen Türkiyənin Qahirə səfiri təyin edilib.

Bahadur Seyidov