Avstraliya ABŞ-dan təyyarə alır



 17:45 24.07.2023     1115

Avstraliya hökuməti ABŞ-dan 20 ədəd “C-130 Hercules” hərbi yük təyyarəsi alacağını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə sənayesi naziri Pat Conroy açıqlama verib. Məlumata görə, məsələ ilə bağlı iki ölkə arasında razılıq əldə edilib. O, ölkəsinin hərbi investisiyalarını genişləndirəcəyini və ABŞ-dan ümumi dəyəri 6,6 milyard dollar olan 20 ədəd C-130 Hercules təyyarəsi alacağını açıqlayıb. O bildirib ki, yeni təyyarələr ilə Avstraliya Kral Hava Qüvvələrinə aid “12 Hercules” tipli təyyarə parkı yenilənəcək.

Conroy, razılaşmanın donanmanı sıralarını iki dəfə artıracağını və bunun eyni vaxtda bir neçə əməliyyatın aparılmasına imkan verəcəyini qeyd edib.

Bahadur Seyidov