Bu qadınlar spiral qoydura bilməz! - DİQQƏTLİ OLUN! - Video



 09:28 25.07.2023     2118

Uşaqlıqdaxili spiral – metal və plastikdan ibarət, uşaqlıqa yerləşdirilən kontraseptivdir.

Əsas təsir mexanizmi –uşaqlıq boşluğuna tərəf hərəkət edən spermatazoidlərin hərəkitinin dayandırılmasıdır. Spiral yumurta hüceyrəsinin ömrünü qısaldır və mayalanmış yumurtanın uşaqlığın divarına implantasiyasının qarşısını alır. Spiralın yerləşdirilməsi adi tibbi prosedurdur. Ginekoloji kabinetdə həkim mütəxəssis tərəfindən tətbiq olunur. Risk dərəcəsini qiymətləndirmək üçün ümumi ginekoloji müayinədən keçmək tövsiyə olunur. Müayinə zamanı uşaqlıq boynunun baxışı keçirilir, yaxmanın analizi edilir, sitologiya, kolposkopiya edilir, kiçik çanaq orqanlarının və süd vəzisinin ultrasəs müayinəsi edilir.

Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Şəhla Hüseynova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az