Perianal absesin müalicəsi - Anus ətrafında iltihab - Video



 09:42 25.07.2023     15971

Perianal və perirektal abseslərin birincili müalicəsi kəsik və drenajdır.

Antibiotiklər müalicədə yardımçıdır, lakin birincili müalicə olaraq istifadə olunmur. Abses drenajları çox vaxt lokal anesteziya altında yerinə yetirilir. Yaxşı bir drenajdan sonra bir çox abses fistul əmələ gəlmədən sağaır, lakin 50% xəstədə fistula rast gəlinə bilər. Bu səbəblə xüsusən residiv verən hallarda eyni prosedurla fistulotomiyanın da aparılması gələckdə ikinci bir cərrahi prosedurun qarşısını alır. İsxiorektal abseslərdə birincili boşluq olmadığından ilk müalicə drenaj ilə məhdudlaşmalıdır. Sfinkter daxili abseslərdə isə abses sahəsindən aparılacaq daxili sfinkterektomiya ən yaxşı üsuldur.

Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov Perianal absesin müalicəsi  haqqında videoda ətraflı məlumat verir. 

Demedia.az  Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az