Bədəninizdə sarılıq, qaşıntı varsa bu xəstəlikdən xəbər verir! - Qara ciyərə Diqqət! - Video



 11:56 25.07.2023     731

Xroniki qaraciyər xəstəliyi olaraq da adlandırılıan sirroz qaraciyərin ağır zədələnməsinə verilən addır.

Müxtəlif xəstəliklərə görə, bəzən naməlum səbəblərdən qaraciyərdə müxtəlif səviyyələrdə zədələnmələr baş verə bilər. Nəticədə qaraciyərin struktur funksiyalarında müxtəlif pozuntular baş verir və o, öz normal funksiyalarını yerinə yetirə bilməməyə başlayır. Bu, sirroz xəstəliyinin başlanğıcıdır. Xəstəlik irəlilədikcə, fəaliyyətini davam etdirən qaraciyər hüceyrələrinin azalması nəticəsində qaraciyər tədricən sərtləşməyə və kiçilməyə başlayır. Qanın bərkimiş toxumlara axını çətinləşir və qanın toxumaya çata bilməməsi səbəbindən yeni damar yolları əmələ gəlir. Bütün bu hadisələr qaraciyərə daha da mənfi təsir göstərəcək sirroz şəklini ağırlaşdırır. Bunun nəticəsində isə, qaraciyər öz funksiyalarını itirir və qaraciyər çatışmazlığı yaranır. 

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova qaraciyər xəstəlikləri haqqında videoda ətraflı məlumat verir. 

Demedia.az Qastroenteroloq-hepatoloq Nazlı Qasımova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az