Şimali Koreyanın raket sınaqları davam edir



 12:14 25.07.2023     296

Şimali Koreyanın raket sınaqları davam edir.

Demedia.az xəbər verir ki, Şimali Koreya yenidən raket sınağı təşkil edib. Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri açıqlama verib. Cənubi Koreya Baş Qərargahının məlumatına görə, Şimali Koreya ölkənin şərq sahillərinə ballistik raket atıb və raket dənizə düşüb. Şimali Koreyanın raket atdığı barədə Yaponiyanın Müdafiə Nazirliyi də məlumat verib. Raketin ABŞ-ın nüvə sualtı qayığı “USS Annapolis”i Cənubi Koreya sahillərinə yerləşdirməsi xəbərindən sonra buraxılması diqqət çəkir.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ digər nüvə sualtı qayığını 1980-ci illərdən bəri ilk dəfə Cənubi Koreyaya göndərmişdi. Şimali Koreya buna cavab olaraq Yapon dənizinə ballistik raket buraxmışdı.

Bahadur Seyidov